Eyni vaxtda iki partiyanın üzvü olanlar: “İstəmədik uşaqları ac qalsın”backend

Eyni vaxtda iki partiyanın üzvü olanlar: “İstəmədik uşaqları ac qalsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün çoxsaylı üzvlərə malik aparıcı siyasi partiyalar bir neçədir: YAP, Müsavat, AXCP, AMİP, ADP, KXCP, Ümid, Ədalət, Böyük Quruluş kimi…
Azərbaycanda bir çoxları siyasi mənsubiyyətini gizlətməyə çalışır, müxtəlif səbəblərdən bunu biruzə vermir. Xüsusilə müxalifətdə təmsil olunanlarla bağlı bunu söyləmək olar.
Bəs bir şəxs eyni zamanda bir neçə partiyaya üzv ola bilərmi? İndiyə kimi hansısa partiyanın siyasi fəaliyyətində belə bir hallar aşkarlanıbmı?

Eyni vaxtda bir neçə siyasu quruma üzv olmaq siyasi iştirakçılıq, hüquqi və mənəvi baxımdan nə dərəcədə doğrudur?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern. az-a açıqlamasında əvəllər sədri olduğu partiyada belə bir halın mövcud olduğunu etiraf edib: “Bir müddət bundan öncə bizim partiyanın bəzi üzvlərini belə bir şərt qarşısında qoymuşdular: həmin insanlar ya YAP-ın üzvlüyünə yazılmalı, ya da işdən çıxmalıydılar. Biz də öz növbəmizdə onlara çətin dövrdə iş yerlərini itirməmələri üçün , könüllü şəkildə olmasa belə, adlarının YAP-a yazılmasına icazə vermişdik.

Yəni həmin insanlar YAP-ın tədbirlərində iştirak etmirdi, formal olaraq adları hakim partiynın üzvlüyünə yazılmışdı və yalnız maaşlarından üzvlük haqqı çıxılırdı. Bununla yanaşı həm də ADP-nin üzvü olaraq qalırdılar. Bax işdən çıxarılma məsələsinə görə vaxtilə belə hallar olub”.

Sərdar Cəlaloğlu indi ADP üzvlərilə bağlı bela halların olmadığını bildirib:

“Amma indiki vaxtda belə bir fakt bizə məlum deyil. Həm də bu məsələyə qətiyyən normal baxmırıq. Bir halda ki, bizim partiyaya könüllü üzv olan şəxslər dövlət işlərində çalışdıqları üçün onlardan məcburi şəkildə YAP-a yazılmaq tələb edilir, biz razı ola bilmərik ki, həmin insanlar işlərini itirsinlər, ailələri, uşaqları ac qalsın”.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə bildirib ki, YAP-a qarşı səsləndirilən bu ittihamlar əsassızdır:

“Bu gün ölkəmizdəki mövcud qanunvericiliyə əsasən, eyni zamanda 2 və daha çox siyasi partiyanın üzvü olmaq qadağandır. Bu cür hallara hələ ki bizim partiyada rast gəlinməyib. Əgər belə bir hadisəyə bizim partiyada rast gəlsək, həmin şəxs mütləq YAP-ın sıralarından xaric olunmalıdır.
ADP-dən deyilən bu əsassız iddialar hər zaman müxalifət partiyaları tərəfindən ünvanımıza səsləndirilib. Bu, heç vaxt öz təsdiqini tapmayıb”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının keçmiş üzvü Zahid Oruc eyni zamanda bir və ya bir neçə siyasi partiyaya üzv olan şəxsləri əqidəsizlikdə, yaxud mənəviyyatsızlıqda ittiham etmək istəmir:

“Bəlkə də əqidə və mənəviyyat kateqoriyasında bu kimi məsələlərə tənqidi yanaşmaq olar. Yəni bu tendensiya bəlkə də hansısa müxalif partiyalarında ola bilər. Yaxud hakim cinahda hansısa şəxs həm YAP-ın, həm də ona yaxın və ya uzaq digər partiyanın üzvüdür. Buna görə kimisə çoxəqidəli olmaqda, yaxud əqidəsizlikdı itihham etmək istəmirəm.

Digər tərəfdən bunu bəraət kimi də qiymətləndirmirəm. Amma şəxsən mənim qarşıma elə bir şəxs çıxmayıb. Yəni elə bir adam tanımıram ki, eyni zamanda iki partiyanın üzvü olsun”.

İnterpress.az