Keşiş şüşədə dəfn edildibackend

Keşiş şüşədə dəfn edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1968-ci ildə italiyanın cənubundakı San-Covanni Rotondo şəhərində vəfat etmiş keşiş Pionu Vatikan 2002-ci ildə müqəddəs elan etmişdi.
Pionun San-Covanni şəhərindəki məqbərəsi hər gün minlərlə katolik tərəfindən ziyarət olunur.
Fransiskan keşişi Pio Romadakı San-Lorenso bazilikasında dəfn olunacaq.

2008-ci ildə San-Covannidəki məzarından çıxarılmış Pionun cəsədi mumiyalaşdırılmış, onun siması silikon maska vasitəsilə rekonstruksiya olunmuşdu.

Sabah keşiş Pionun büllur tabutdakı nəşi Vatikana aparılacaq və San-Lorenso bazilikasında nümayiş olunacaq.

1887-ci ildə Kampaniya vilayətinin Pyetrelçina şəhərində doğulmuş Pio 5 yaşında həyatını kilsəyə, ibadətə həsr etmək qərarına gəlib.

Gənclik illərində isə onun vücudunda stiqmatlar başlanıb. Stiqmatlar İsa Məsihin çarmıxa çəkildiyi zamanı onun qollarına, əllərinə və ayaqlarına vurulmuş mıxların yaralarının təkrarlanmasıdır.

Daha sonra Pio ölümcül xəstələri duaları ilə sağaldır, hətta yerdən ayrılaraq 30-40 sm hündürlükdə levitasiya edə bilirdi. mili.az

İnterpress.az