O qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun funksiyaları eyni olub: “Həm də Eroziya və Suvarma İnstitutu kiçik bir elmi-tədqiqat qurumu idi. Eyni zamanda, bu iki institutun funksiyaları üst-üstə düşürdü”.
Qeyd edək ki, AMEA Rəyasət Heyəti bu iki institutun birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.
İnterpress.az