Əli Abbasov universitetdəki işinə niyə getmir? – AÇIQLAMAbackend

Əli Abbasov universitetdəki işinə niyə getmir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitetdə dərs deyən müəllim və tələbələrin verdiyi məlumata görə, akademik Əli Abbasov nazir olduğu zamanlarda UNEC-də kafedra müdiri olsa da, onu nadir hallarda təhsil ocağında görmək mümkün olurdu.

“Nazir olduğu zamanlarda kafedraya nadir hallarda gəlirdi. Son hadisələrdən sorna inanmırıq gəlsin”.

Universitetin mətbuat xidmətinin rəhbəri Rasim Şərifov Modern.az-a açıqlamasında bildirib ki, akademik Əli Abbasov hazırda kafedra müdiri kimi fəaliyyətini davam etdirir.

“Çox böyük ehtimalla hazırda universitetə gəlmir. Çünki hazırda imtahan sessiyasından sonra tətildir. Ona görə də bu haqda dəqiq məlumat vermək çətin olacaq. Yalnız fevralın 15-dən sonra bunu dəqiqləşdirmək mümkün olacaq”.

Qeyd edək ki, texnika elmləri doktoru, akademik Əli Abbasov 2007-ci ildən rabitə və informasiya texnologiyaları naziri kimi fəaliyyət göstərib. 2014-ci ildə nazirliyin adı dəyişdirildiyindən Ə.Abbasov rabitə və yüksək texnologiyalar naziri olub. 2015-ci ilin 12 noyabrında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Hazırda yeni rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.(modern)

İnterpress.az