Təmir işləri stansiyasnın platformasında qatarların \”Elmlər Akademiyası\” stansiyasına doğru hərəkət etdiyi tərəfdə yol divarındakı mərmər plitələr sökülür.
Məsələ ilə bağlı \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a stansiyada cari təmir işlərinin aparıldığını təsdiq edib.
N.Paşayev qeyd edib ki, təmir platformanın yol divarında yaranmış problemlə bağlıdır və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır:
\”Platformanın yol divarında mərmər plitələrin arxasında olan istinad armaturlar şəbəkəsində korroziya qeydə alınıb. Armaturların korroziyaya uğraması mərmərlərin aralanmasına, qopub düşməsinə səbəb olub. Hazırda armaturların yenidən möhkəmləndirilməsi işləri aparılır. Daha sonra üstündən yenidən mərmərlər vurulacaq\”.
Şöbə rəisinin sözlərinə görə, təmir işləri bir neçə gün davam edəcək. Bundan sonra stansiyada platformanın qatarların \”28 May\” stansiyasına doğru hərəkət edən hissəsində yol divarında təmirə başlanacaq. (milli.az)
İnterpress.az