Fevralın 3-də həmin qəsəbədə yerləşən “Arqo” kafesinin yanında saxladığı \”Mercedes-Benz\” markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərovun əvvəllər məhkum edildiyi də məlum olub.
\”Chevrolet Lacetti\” markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər \”Mercedes-Benz\”ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.

