Xızı sakini qətlə yetirilibbackend

Xızı sakini qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.

Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az