Göyçayda kütləvi dava qətllə nəticələnibbackend

Göyçayda kütləvi dava qətllə nəticələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün saat 17 radələrində Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.

Gənclər arasında baş verən kütləvi dava zamanı onlardan biri bıçaq xəsarəti alıb və hadisə yerində ölüb.

Qətlə yetirilənin kimliyi məlum deyil.

Onu bıçaqlayan şəxsin 1993-cü il təvəllüdlü, kənd sakini Səmədov Əli Azər oğlu olduğu məlum olub. O, saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Ölən gəncin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparırlar.

İnterpress.az