Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.
Fevralın 7-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
İnterpress.az