Bakıda 10 gün əvvəl avtobusla vurulan piyada ölübbackend

Bakıda 10 gün əvvəl avtobusla vurulan piyada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 28-də Səbail rayonunun Badamdar şosesində Bakı şəhər sakini Mehman Əsədov idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçən paytaxt sakini İstafil Xankişiyevi vurub. Xəstəxanaya yerləşdirilən İ. Xankişiyev fevralın 5-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az