DİN-dən Göyçaydakı kütləvi dava ilə bağlı məlumatbackend

DİN-dən Göyçaydakı kütləvi dava ilə bağlı məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 5-də Göyçay şəhəri ərazisində şəhər sakini Əli Səmədov münaqişə zəminində həmyerlisi Heydər İbrahimova və Emil Babayevə bıçaqla xəsarət yetirib. Nəticədə H.İbrahimov hadisə yerində ölüb, E.Babayev isə xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Səmədov tutulub.

Faktla bağlı cinayət işi açılıb.

İnterpress.az