Doğuş zamanı uşaq öldübackend

Doğuş zamanı uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bərdə Mərkəzi rayon Xəstəxanasının Doğum Evində baş verib.

4 fevral tarixində Doğum Evinə gətrilən Ağdam rayon Paşabəyli kənd sakini Quliyeva Sevinc Əli qızına xəstəxananın ginikoloq – həkimi Nərgiz Hümbətova tərəfindən doğuşun fevralın 11-də gerçəkləşəcəyi diaqnozunu qoyub. Fevralın 6-da 1986-cı il təvəllüdlü S.Quliyevanın həkim təyin etdiyi vaxtdan qabaq sancılar başlayıb. Həkimə aparılan S. Quliyevanın ailəsinə doğuşun vaxtının olduğu xəbəri verilib. 3 saatdan sonra uşaq gözlənildiyindən daha ağır çəkidə olduğu üçün ana doğuşu bacara bilməyəcyi bildirilib. Bu zaman Kifayət adında cərrah-doktur ananı xilas etmək üçün qeysəriyyə yolu ilə doğuşu gerçəkləşdirib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın ailə üzvlərinin AzNews.az-a verdikləri xəbərə görə doğulacaq uşaq həkim məsuliyyətsizliyindən tələf olub. UZİ də uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyilib. “Bizə deyilən nə uşağın çəkisi düz çıxmadı, nə də onun təyin olunan doğuş vaxtı düzgün deyilməyib.”

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayərçi olacaqlarını deyiblər.

İnterpress.az