Fevralın 24-də keçirilməsi planlaşdırılan tədbirə Azərbaycanın və Türkiyənin Almaniyadakı səfirliklərinin nümayəndələri də qatılacaq. Almaniyada yaşayan soydaşımız, tədqiqatçı Rüfət Səttarov görüş iştirakçıları qarşısında din, siyasət və münaqişələr mövzusunda mühazirə ilə çıxış edəcək. Eyni zamanda, həmin gün Şəhidlik Məscidinin mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr olunmuş fotosərginin açılışı da nəzərdə tutulur. Sərgi iki həftə nümayiş olunacaq.
İnterpress.az