Sevinc Osmanqızı atasının Ayaz Mütəllibov və onun xanımı ilə olan fotosuna belə şərh yazıb: “Atam Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov və xanımı ilə. Şəkil 1991-ci ilin payızında çəkilib. Azərbaycan hələ bütöv, torpaqları işğal olunmamışdı…”.
Qeyd edək ki, görkəmli jurnalist, yazıçı və publisist Osman Mirzəyev 1991-ci ilin 20 noyabrında Xocavənd yaxınlığında, bir sıra dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub.
Ayaz Mütəllibov hakimiyyətdə olarkən Osman Mirzəyev bir müddət (1990-1991) onun mətbuat katibi işləyib.(modern)
İnterpress.az