Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən məlumata görə, faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat edib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(modern)
İnterpress.az