İnterpress xəbər verir ki, İnterpress.az saytının əməkdaşının iri marketlərdə apardığı müşahidələr zamanı fevralın 7-dən etibarən paytaxtın bir çox iri marketlərində siqaret satışının məhdudlaşdığı aydın olub. Satıcılar satışda tütün məhsullarının olmadığını, eyni zamanda fevralın 8-dən etibarən siqaretlərin uculaşacağını deyiblər. Onlar bunu firma təmsilçilərinin verdiyi məlumata əsasən söylədiklərini bildiriblər.
İnterpress.az