İnterpress-in “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Meleuz dəmiryol stansiyası yaxınlığında yanvarın 8-də baş verib.
27 yaşlı qadın hadisə yerində ölüb. 3 və 5 yaşlı iki uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Sonradan məlum olub ki, qadın eşitmə və danışma qabiliyyəti olmayan 3-cü qrup əlildir.
Faktla bağlı istintaq öncəsi yoxlama aparılır. Nəticəyə əsasən, cinayət işinin başlanıb-başlanmayacağı qərarı veriləcək.
İnterpress.az