Mahmudəli Çöhrəqanlıdan Lütfi Zadəyə sərt SÖZLƏR: “Manqurtlaşıblar”backend

Mahmudəli Çöhrəqanlıdan Lütfi Zadəyə sərt SÖZLƏR: “Manqurtlaşıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlıdır, görəsən uzun müddətdir ABŞ-da yaşayan Lütfi Zadə özünün alim şöhrətindən istifadə etməklə Azərbaycanın problemlərini beynəlxalq tribunalarda, auditoriyalarda səsləndiribmi?

Məsələn, Qarabağ problemini Lütfi Zadə kimi mötəbər bir şəxsin elmi dairələrdə dilə gətirməsi effektiv təsirə malik olardı…

Sualımıza Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, hazırda Amerikada mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlıdan cavab almağa çalışdıq. Çöhrəqanlı bir az irəli gedərək, Lütfi Zadənin Azərbaycanla bağlılığına şübhə etdiyini dedi.

Mahmudəli Çöhrəqanlı açıqlamasında bildirdi ki, Lütfi Zadə kimi minlərlə alim Azərbaycan barədə qətiyyən düşünmür.

“Tək Lütfi Zadə yox, onun kimi minlərlə alim var. İstər Cənubi Azərbaycandan, istərsə də, Azərbaycan Respublikasından”.

GAMOH lideri qeyd edib ki, Lütfi Zadə başda olmaqla Azərbaycandan olan bir çox alimlər assimiliyasiyaya məruz qalıb.

“Lütfi Zadə kimiləri və Azərbaycandan olan bəzi alimlər assimiliyasiyaya məruz qalaraq, manqurtlaşıblar”.

Mahmudəli Çöhrəqanlı vəziyyətdən çıxış yolu üçün GAMOH-un görə biləcəyi tədbirlərdən danışıb:

“Bizə düşən odur ki, bu cür alimlərin oyanışı və intibahı üçün çalışaq. Bəlkə onlara milli və siyasi şüur verə bildik”.

İnterpress.az