İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı mufti 100 litr su tutumu olan samovar hazırlayıb. Əvvəllər mühəndis olan Vüqar Əkbərov öz çertyojları əsasında çəkdiyi sxemlə Aşa metalurq zavoduna samovar sifariş edib.
Onun sözlərinə görə, İslam dini ilə bağlı bayramlara yüzlərlə insan gəldiyi üçün onlara çay vermək həmişə mümkün olmurdu. Samovar və çaydanların aztutumluluğunu nəzərə alan mufti 100 litrlik samovar hazırlayıb.
İnterpress.az