İlham Əliyevdən 2 yeni təyinatbackend

İlham Əliyevdən 2 yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavinləri dəyişib.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən azad edilib. O, QSC-də Yolun Hərəkətinin Təhlükəsizliyi üzrə baş inspektor təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib. Hicran Valehov bundan əvvəl sədrin müşaviri vəzifəsini icra edirdi. Daha əvvəl isə o, “Azəryolservis” ASC-nin sədrinin müavini olub.

İlham Əliyevdən 2 yeni təyinat

İlham Əliyevin digər bir sərəncamı ilə QSC sədrinin digər müavini Etibar Niftəliyev də vəzifəsindən azad olunub, onun yerinə Zaman Novruzov təyin olunub. O , da əvvəl sədrin müşaviri vəzifəsində çalışıb.

QSC-də Yolun HərəkətininTəhlükəsizliyi üzrə baş inspektor təyin olunan Qurban Nəzirov 1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun “Sərnişindaşıma İstehsalat Birliyinin” baş mühəndisi-birlik rəisinin 1-ci müavini vəzifəsində, 1997-2004-cü illərdə “Sərnişindaşıma İstehsalat Birliyinin” rəisi vəzifəsində, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi vəzifəsində çalışıb.

O, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2010-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Fəxri Dəmiryolçudur. Azərbaycan Respublikasının əməkdar mühəndisidir. Ailəlidir, 3 övladı var.

İlham Əliyevdən 2 yeni təyinat

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri isə Cavid Qurbanovdur. Sədrin 1-ci müavini Əlirza Süleymanov, digər müavini isə İqbal Hüseynovdur.

İnterpress.az