Profilaktika: bütün ölkədə teleradio yayımı niyə dayandırılır?backend

Profilaktika: bütün ölkədə teleradio yayımı niyə dayandırılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Profilaktik işlər iki kateqoriyaya ayrılır: adi və kompleks.

Kompleks profilaktika bütün avadanlığın texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə üzləşməmək baxımından zəruri xarakter daşıyır. Belə ki, teleradio yayımı avadanlığı fasiləsiz olaraq 7/24 rejimində işləyir.

Bəzi mütəxəssislər iddia edirlər ki, teleradio məkanında aparılan profilaktik işlər məqsədəuyğun deyil. Media eksperi Ələsgər Əhmədoğlu da bu fikirdədir: “Teleradio yayımı sahəsində dövlət qurumu TİB-nin ötürücü inhisarının nəticəsidir ki, ölkə efir məkanı sükuta qərq olub. Üstəlik, bu, həm informasiya təhlükəsizliyi baxımından böyük xətadır, həm də qanuna ziddir”.

Azərbaycanda TV və radio yayımını həyata keçirən “Teleradio” İstehsalat Birliyindən Musavat.com-a bildiriblər ki, profilaktik işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təyin etdiyi vaxtlarda aparılır. “Teleradio” İB-nin texniki şöbəsindən verilən məlumata görə, dünyanın bir sıra ölkələrində əlavə avadanlıqlar, ehtiyat şəbəkə olduğundan, o ölkələrin teleradio məkanında profilaktik işlər tamaşaçı tərəfindən hiss olunmur.

Kompleks profilaktika il ərzində bir və ya iki dəfə həyata keçirilir, bununla bağlı teleradio şirkətləri ilə razılıq əldə edilir.

Bundan başqa, il ərzində adi profilaktik işlər də aparılır. Növbəti adi prifilaktika aprel ayına planlaşdırlır.

Qeyd edək ki, hazırda “Teleradio” İB-nin tabeçiliyində respublika üzrə 269 ədəd (Bunun 35 ədədi NMR-na aiddir) radio-televiziya yayım stansiyası fəaliyyət göstərir. Həmin stansiyalarda ümumilikdə 335 ədəd analoq TV verici, 103 ədəd FM radioverici (1 ədəd HD FM daxil olmaqla), 124 ədəd (93 əd. sosial yayım, 25 əd. kommersiya yayımı, 6 əd. regional TV) isə DVB-T verici istismar olunur.

İnterpress.az