DAK-ın növbəti toplantısı keçirilibbackend

DAK-ın növbəti toplantısı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, toplantıya Rusiya,Ukraniya, Türkiyə və Avropadan olan İdarə heyyətinin üzvləri paltak və skype vasitəsi ilə qatılmışlar. İclasda 2016-cı il üçün həyata keçiriləcək tədbirlər planı ilə bağlı müzakirələr aparılmış və işçi qrupu yaradılmışdır. Növbəti İdarə heyyəti toplantısında tədbirlər planı təsdiq ediləcəkdir. Müzakirələrdə DAK-ın faəliyyətinin yaxşılaşdırılması və Diaspor Təşkilatları ilə əlaqələrin möhkəmələndirilməsi ilə bağlı qərarlar alınmışdır. Gündəlik məsələlər ətrafında DAK həmsədirləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya İran, Amerika münasibətləri və son durumla bağlı çıxış etmişlər. KİV Nümayəndələrinin nəzərinə çatdırırıq ki, DAK-ın təşkilatçılığı ilə İranda son durum və Azərbaycan Milli hərəkatı mövzusunda 12 fevral 2016-cı il tarixində saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində Konfurans keçiriləcəkdir.

İnterpress.az