İmişlidə ov edən ərəblər öldübackend

İmişlidə ov edən ərəblər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, gecə saatlarınd, İmişli rayonunun Xəlifəli kəndində faciəvi hadisə baş verib. Belə ki, su kanalının üstündəki körpüdən keçən avtomobil aşıb. Suya düşən avtomobilin içərisində olan sərnişinlərdən ikisi hadisə zamanı dünyasını dəyişib.
Verilən məlumata görə, kanala düşən “Toyota Prado” markalı avtomobil ölkəmizdə səfərdə olan ərəbistan vətəndaşlarına məxsus olub. Avtomobilin suya aşması nəticəsində boğulub ölənlər avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı, 37 yaşlı Misali Zeyd Əl Subuhi adlı şəxslərdir. Hadisə zamanı avtomobildə olan 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki,ərəblər Xəlifəli kəndinin çölündə ov ovlayırmışlar.

İnterpress.az