Şəhər sakini, 1983-cü il təvəllüdlü Rabil Razim oğlu Məmmədov bədənin çox saylı kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, R. Məmmədovu aralarında yaranan mübahisə zamanı dostu, 1976-cı il təvəllüdlü Namiq Telman oğlu Qənbərov bıçaqlayıb. O, könüllü olaraq, hüquq-mühafizə orqanlarına təslim olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az