“Qaranlıq Bakı” nə vəd edir?backend

“Qaranlıq Bakı” nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Bakıda axşam saat 10-dan sonra çox küçə və meydanlarda işıqlar söndürüləcək.

Hökumət elektrik enerjisinə qənaət etməklə “kəməri sıxır”.

“Qaranlıq Bakı” nə vəd edir? AzadlıqRadiosunun suallarını iqtisadçı Məhəmməd Talıblı cavablandırır:

– Bakıda qənaət rejiminə keçib axşam saat 10-dan sonra küçələrin işığını söndürmək qərarı verilib. \”Qaranlıq Bakı\” dövlət büdcəsinə nə qədər qənaət edə bilər ki?

– Əslində, \”Ağ Bakı\” layihəsi haqqında düşünən zaman \”Qaranlıq Bakı\” haqqında da düşünmək lazım idi. Amma vaxtında! O zaman qeyd edirdik ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt küçələrini işıqlandırmaq üçün böyük vəsaitlər xərcləyir. Bakı şəhərini işıqlandırma məqsədilə, səhv etmirəmsə, ildə 10-14 milyon manat ayrılıb. Yəni, 10-14 milyon manata qənaət edəcəklər. Bu isə, bulvarda kiçik bir zona üçün xaricdən \”od\” qiymətinə alınan ağacların yanında qəpik-quruşdur.

​– Şəhərin küçə və prospektlərini, parklarını işıqlandırmaq izafi xərc sayıla bilərmi?

– Hər addımda təkcə qənaətcil olmaq və iqtisadi səmərə gözləmək prioritet olmalı deyil. Söhbət ondan gedir ki, müəyyən qənaət hesabına digər problemlərə yol açılır. Söhbət qaranlıq şəhər şəraitində avtomobillərin qəza hallarının artması, kriminogen durumun mürəkkəbləşməsi, oğurluq hallarının artması və s. problemlərdən gedir. İqtisadi araşdırmalar sübut edib ki, iqtisadi faktorlarla kriminogen durum arasında əlaqə mövcuddur. Ona görə minimal işıqlandırma sisteminə keçid də pis olmaz.

İnterpress.az