Ərəb Əmirliklərində xoşbəxtlik naziri olacaqbackend

Ərəb Əmirliklərində xoşbəxtlik naziri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az RİA Novosti-yə istinadən xəbər verir ki, hökumət strukturlarının miqyaslı yenidənqurması barədə fevral ayının 8-də BƏƏ baş naziri, Dubay hakimi Muhamməd əl-Maktum Twitter-də yazıb.

Xoşbəxtlik naziri bütün dövlət planlarının, proqramlarının və siyasətinin konsolidasiyasının yardımı ilə “ictimaiyyəti daha da xoşbəxt edəcək”, deyə dəqiqləşdirib.

İkinci nazirlik portfelinin sahibinin vəzifəsi “əmirlik cəmiyyətinin əsas dəyəri kimi” dini dözümlülük aşılamaqdır.

BƏƏ prezidenti Xəlifə ibn Zayd əl-Nahayan təklif edilən yenilikləri təsdiqləyib, baş nazir vurğulayıb.

İslahatlar haqqında elanları hazırda Dubayda keçirilən idarəetmənin gələcəyinə dair Dünya hökumət sammitinə daxil edilib.

İnterpress.az