Çünki savadsız və səriştəsizdilər! – Mərkəzi bank rəhbərliyinə ittiham…backend

Çünki savadsız və səriştəsizdilər! – Mərkəzi bank rəhbərliyinə ittiham…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məzmunu ondan ibarətdir ki, hazırda inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları iqtisadi tənəzzülün qarşısını almaq üçün banklara milli valyutada kreditlər verir. Düzdür, bu zaman həmin kreditlər üzrə faiz dərəcəsini endirmirlər ki, milli valyutanın dəyərsziləşməsi davam etməsin.
Bəs bizim Mərkəzi Bank nə edir? Onun faiz dərəcəsi formal olaraq bir sıra inkişaf etməkdə olan ölkə ilə müqayisədə aşağıdır (3%). Lakin banklara demək olar ki, kredit vermir (kredit vermirsənsə, faiz dərəcəsinin guya aşağı olması kimə lazımdır axı?). Buna görə də dövriyyədəki manat həcmi kəskin azalıb. Bu isə iqtisadiyyatı iflic edə bilər. Banklarımız heç dollar kreditlərini də manata çevirə bilmirlər və deyirlər ki, manatımız yoxdur. Halbuki, bir sıra borc alan hətta cari məzənnə ilə də kreditini manata çevirib ödəməyə hazırdır. Yəni manatın çatışmaması o cümlədən problemli borclar məsələsini də kəskinləşdirir. Borc alanlar deyir: əvvəlcə kreditimi manata çevirin, sonra ödəməyə davam edim.
Dünya ölkələri əsasən 2 qrupa bölünür: inkişaf etmiş və inkişaf etməkdə olan. Məlum məsələdir ki, biz inkişaf etmişlər sırasına daxil deyilik. Mərkəzi Bankın siyasəti isə bizi heç inkişaf etməkdə olanlardan da fərqləndirir. Yəni Azərbaycan inkişaf etməyən ölkədir? Mərkəzi Bank bunu istəyir? İstəmirsə, niyə ölkə iqtisadiyyatı üçün zərərli pul siyasəti yürüdür. Prezidentin son məlum Fərmanından sonra Mərkəzi Bankdan bank nəzarəti üzrə səlahiyyətlər alındı. Olan-qalanı pul siyasətidir, onu da bərbad həyata keçirir.
Görəsən niyə? Ona görə ki, dövriyyəyə buraxacağı manat həcminin dollara dəyişdirilməsindən və olan-qalan valyuta ehtiyatından da məhrum olmaq istəmir. İstək düzgündür əlbəttə. Lakin iqtisadiyyatı iflic vəziyyətə salmaq bahasına başa gəlməməlidir. Axı istinad verdiyim məqalədə sözügedən inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının da eyni problemi var. Amma deməli onlar bu problemi necəsə həll edirlər. Bəs bizim Mərkəzi Bankın rəhbərliyi niyə bunu edə bilmir? Çünki savadsız və səriştəsizdilər! Neft gəlirləri hesabına pul siyasəti həyata keçirməyə nə var ki! Əsl bilik və bacarıq belə çətin durumda məlum olur. Və məlum oldu ki, bizim baş bankirdə bunların heç biri yoxdur!
Ölkə iqtisadiyyatına təcili manat həcmi lazımdır! Amma bunu elə etmək lazımdır ki, buraxılan manat dollara çevrilməsin. Deməli, banklara məqsədli manat kreditləri verilməli və həmin kreditlərin necə istifadə olunmasına nəzarət olunmalıdır. Mərkəzi Bankın rəhbərliyi bunu edə bilmir? Niyə? Bəlkə ona görə ki, yaxşı tanıdığı bank rəhbərlərinə etibar etmir? Bəlkə onlarla elə sıx bağlıdır və qarşılarında elə gözükölgəlidir ki, onlara bir söz deyə bilməyəcək, mane ola bilməyəcək və qabaqcadan əmindir ki, manat kreditləri təyinatı üzrə istifadə edilməyək?
Bu halda belə Mərkəzi Bank, dəqiq desək onun mövcud rəhbərliyi kimə lazımdır axı?..(moderator)

İnterpress.az