Jurnalistin bacısı intihar etdi – Təfərrüatbackend

Jurnalistin bacısı intihar etdi – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib.

N.Vahabovanın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorparasiya Universitetinin 3-cü kurs tələbəsi olub.

Qeyd edək ki, mərhumə İctimai Televiziyanın əməkdaşı Aytac Vahabovanın bacısıdır. O, bu barədə Feysbuk səhifəsində məlumat yayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.(lent)

İnterpress.az