Azərbaycanda “çernoçnı” qadınların sayı artacaqbackend

Azərbaycanda “çernoçnı” qadınların sayı artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilat olaraq bu barədə gəldikləri qənaəti saytı ilə bölüşüb. O qeyd edib ki, böhran davam etdikcə tendensiya da artan temp üzrə inkişaf edir:
“Son müşahidələr göstərir ki, zorakılığa məruz qalan, iqtisadi cəhətdən çətinlik çəkən qadınların öz uşaqlarını uşaq evlərinə verməsi tendensiyası artıb.

Məsələn, 100 nəfərdən 15 nəfəri öz uşağını sığınacağa vermək istəyir. Bu bizim təşkilat olaraq müşahidə etdiklərimizdir”. M.Zeynalova bildirib ki, bəziləri övladını qidalandırmaq iqtidarında belə olmasa da, fədakarlıq edib onu sığınacağa vermir:

“Bir çoxları da uşağın normal yaşamaq haqqının olmasını əsas gətirərək müəyyən dövr üçün onu uşaq evinə verir.

Ehtimal edirəm ki, vəziyyət qadınların məşğulluğu, onların daha çox ailə saxlaması, miqrasiyası məsələlərinin artımına səbəb olacaq.

Həmçinin 2017-ci il üçün böhran boşanmalara əks təsir edəcək. Əvvəlki illərdə yük qadınların üzərinə düşürdü. Yəni ev işləri ilə bərabər pul qazanmaq kimi…Yenə də həmin tendensiya özünü göstərəcək.

Qadınların miqrasiyası, əslində buna miqrasiya da demək olmaz. Ruslar buna “çernoçnı” deyirlər. Yəni səhər gedir yaxın ölkələrə, ailəsi üçün çalışıb, pul qazanırlar, axşam qayıdırlar.

Yaxud 1-2 aylıq xaricə gedirlər, sonra yenidən qayıdırlar. Bax Azərbaycanda belə qadınların sayının artacağı gözlənilir”.(modern)

İnterpress.az