Əmanətçilərə kompensasiya ödənişində rekordbackend

Əmanətçilərə kompensasiya ödənişində rekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 17,3 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Bu bankın qorunan əmanətçilərinə cəmi ödənilməli kompensasiya məbləği 24,2 mln. manatdır. Beləliklə, 10 gün ərzində kompensasiyanın 70%-i alınıb, bu rekord göstəricidir.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bugündən – 04 fevral 2016-cı il tarixindən etibarən başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 268 min manatdan artıq kompensasiya ödənilmişdir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

İnterpress.az