İnsan nəslinin kəsilməsinə xidmət edən peyvənd planıbackend

İnsan nəslinin kəsilməsinə xidmət edən peyvənd planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bütün dövlətlərində yeni doğulan körpələrə immun sistemini gücləndirmək, müxtəlif xəstəliklərdən qorunmaq üçün peyvəndlər vurulur. Hətta uşaqlar müəyyən aylarında və yaşlarında yolxucu xəstəliklər əleyhinə peyvənd edilirlər. Son bir neçə ildə isə peyvənd haqqında ölkədə çaşbaşlıq yaranıb. Sanki insanlar arasında peyvənd xofu hökm sürür.
Bəs görəsən Azərbaycana gətirilən peyvəndlərin tərkibi baxımından keyfiyyəti necədir?. Bu peyvəndlərdən istifadə etmək nə dərəcədə zəruri və düzgündür?.
İslamınSəsinin suallarını tanınmış ekspert və ekoloq Telman Zeynalov cavablandırıb. Ekspert bildirib ki, dünyada əhalinin sayını azaltmağa çalışan “Masson” adlı təşkilat fəaliyyət göstərir. Sadə dillə desək dünya əhalisinin sayı 7 milyarddan 1 milyarda endirilməli, varlı və onlara xidmət göstərən kasıb təbəqələrdən ibarət olmalıdır. Çirkin siyasəti həyata keçirmək üçün həmin təşkilat bu və digər vasitələrə əl atır. Müxtəlif dərman və peyvəndlər vasitəsi ilə dünya əhalisinin sayını azaltmağa çalışır.
Telman Zeynalovun sözlərinə görə, həmin peyvəndlər gələcəkdə qadın və kişi sonsuzluğuna gətirib çıxarır: “Sovet hökumətinin vaxtında bütün peyvəndlər daxildə istehsal edilirdi və xaricdən gətirilməsi qadağan idi. İndi isə peyvəndlər xaricdən gətirilir və mən bunun qəti əleyhinəyəm. Həkimlər isə bu məsələyə biganə yanaşır və peyvəndlərin tərkibi dəqiq araşdırılmır. Bütün bunların başında isə ABŞ və onun çirkin planlarını həyata keçirən Qərb dövlətləri dayanır”.

İnterpress.az