İran Eldar Mahmudovun vəhabilərlə əlaqəsini araşdıracaqbackend

İran Eldar Mahmudovun vəhabilərlə əlaqəsini araşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama verib.

Mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri qeyd edib ki, kütləvi informasiya vasitələrində Azərbaycanın sabiq nazirinin Qafqazda vəhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılıb.

Jurnalist XİN rəsmisinə bunun İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb.

İran Eldar Mahmudovun vəhabilərlə əlaqəsini araşdıracaq

Suala cavab verən Hüseyn Cabir Ansari bu məsələnin araşdırılacağını bildirib: “Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.

Xatırladaq ki, prezident İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

E.Mahmudov vəzifəsindən azad edildikdən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Aparılan araşdırmalar zamanı məlum oldu ki, yüksək rütbəli məmurlar uzun müddətdir ki, sahibkarlara qarşı cinayət törədib. Bu əməllərinin nəticəsində həmin məmurlar milyonlar əldə ediblər.

Belə ki, Eldar Mahmudovun tapşırığı ilə sahibkarların telefon danışıqlarına qulaq asılıb və MTN generalları bunun köməyi ilə Azərbaycanın biznes elitasını, eyni zamanda orta səviyyəli sahibkarları da şantaj edərək külli miqdarda pul mənimsəyiblər.

İnterpress.az