“Femina”nın sahibi Salman Mirzaliyev kimdir?backend

“Femina”nın sahibi Salman Mirzaliyev kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəz-dəri satışı ilə məşğul olan “Femina” Çin istehsalı olan məhsulları İtaliya, Yunanıstan və ya Kanada malı adı ilə alıcılara satır.
“Femina”nın firma mağazası “Sədərək” Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Ancaq alıcı ilə ilkin sövdələşmədə 2000 manat ucuz satmağa razı olurlar. Əgər alıcı razılaşmasa, qapının ağzında daha 500 manat endirim edilir. Soruşan lazımdır ki, istehsalıçı ölkənin özündə belə qiymət yoxdur.
“Femina”nın geydirmə mallarının bir hissəsi isə “Monika” mağazasında realizə olunur. Alıcılar hətta iddia edir ki, “Monika”da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır.
Hamını bir sual düşndürür ki, bu qədər saxta məhsulları satan şirkəri indiyədək kimlər himayə edib?
Mənbənin verdiyi məlumata görə, “Femina”nın sahibi Salman Mirzalıyev keçmiş general, hazırda həbsxanada olan Akif Çovdarovun yaxını olub. İndi vəziyyət dəyişdiyi üçün Mirzaliyev özünə yeni “general” axtarır.(nuh.az)

İnterpress.az