Bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. C. Kirbi əlavə edib ki, Türkiyənin YPG-ni terror qruplaşması kimi tanıdığı onlara məlumdur: “Türkiyənin YPG ilə bağlı narahatlğını başa düşürük. Ancaq YPG İŞİD-lə mübarizədə ən güclü qruplardan biridir”.
C. Kirbi türkiyə ilə bu məsələnin müzakirəsini davam etdirəcəklərini diqqətə çatdırıb. “Prezident Ərdoğan açıq şəkildə “ya biz, ya onlar” şərtini irəli sürüb. Türkiyə NATO-nun müttəfiqi, IŞİD-ə qarşı mübarizədə kilid nöqtələrindən biridir. Verdiyi dəstək üçün Türkiyəyə minnətdarıq”.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.
İnterpress.az