Nazirlik biznes üçün optimallaşdırılmış siyahı hazırlayıbbackend

Nazirlik biznes üçün optimallaşdırılmış siyahı hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Onun sözlərinə görə, yeni siyahı çox güman ki, hazırda parlamentdə baxılan \”Lisenziyalar və icazələr haqqında\” qanunla birlikdə qüvvəyə minəcək.

S.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə lisenziyalaşdırma qaydaları təkmilləşdirildi, lisenziyaların sayı isə 37-dək azaldıldı: \”Lisenziyaların verilməsinə görə dövlət rüsumunun həcmi iki dəfə, sahibkarıq fəaliyyəti yalnız regionda həyata keçirildiyi halda isə 4 dəfə azaldıldı. Lisenziyaların verilməsi müddətsiz oldu. Ötən ilin sonundan bütün lisenziyalar \”ASAN\” xidmət mərkəzlərində verilir\”.

İnterpress.az