AŞPA-da Qarabağ qətnaməsinin niyə keçmədiyi üzə çıxdıbackend

AŞPA-da Qarabağ qətnaməsinin niyə keçmədiyi üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənipərəst amerikalı konqresmen Adam Şiff Amerikada nəşr edilən erməni qəzeti “Asbarez”in baş redaktoru Ara Xaçatryanla söhbətində dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın bu işdə xüsusi rolunun olduğunu deyib.

“Mən qətnamə müzakirəyə çıxarılmazdan əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”-Adam Şiff bildirib.

Konqresmen deyib ki, onların bu kimi səyləri sayəsində qətnamə layihəsi səsvermədən keçməyib. “Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”, – Adam Şiff deyib.

Xatırladaq ki, Robert Uolterin qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunurdu. Qətnamə layihəsinin müzakirəyə çıxarılmasından əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri sənədin qəbulundan çəkinməyə çağıran bəyanat vermişdi.

İnterpress.az