Rasim Əliyevin məhkəməsində QALMAQALbackend

Rasim Əliyevin məhkəməsində QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin vəsatətləri dinlənilib.

İştirakçılar məhkəməyə xüsusi qaydada buraxıldılar. Onların şəxsiyyət vəsiqələri ciddi şəkildə yoxlanılıb. Məhkəmədə iştirak etmək istəyən şəxslərdən bəzilərinin şəxsiyyət vəsiqəsi olmadığına görə məhkəmə nəzarətçiləri ilə onlar arasında qalmaqal yaşanıb. Nəticədə, həmin şəxslər məhkəməyə buraxılmayıb.

Məhkəmədə tərəflər vəsatət qaldırıblar.

Hakim Səhiyyə naziri Oqtay Şirəliyevin imzası ilə göndərilən məktubu oxudu. Həmin məktubda qeyd olunub ki, Rasim Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti dinamik müşahidəyə götürülüb. Həmçinin ona həkimlər tərəfindən bütün lazımı yardımlar edilib.

Zərəçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev bunu təkzib etdi və fikrini onunla əsaslandırdı ki, Arzu adlı həkimin ifadəsində qeyd olunub ki, xəstənin dinamik müşahidəyə götürülməsinə ehtiyac olsa da, götürülməyib.Zərərçəkmişin vəkili Oqtay Şirəliyevin məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırdı. O qeyd etdi ki, bu məktubda ziddiyətli məqamlar var. Ona görə də məktub cənab nazirin imzası ilə göndərildiyi üçün ya özü, ya da istinade dilən həkimlər məhkəməyə dəvət edilməlidir.

Buna görə də, vəkil Oqtay Şirəliyevin məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb.

Lakin vəsatət hakim tərəfindən təmin olunmadı.(femida)

İnterpress.az