Bu gün millət vəkili Fazil Mustafanın bir yazısı diqqətimi çəkdi. Çox təşəkkürlər Fazil bəy, önəmli bir məsəlini qabartmısınız.
Uzun illərdir bir çox ölkələrdə Qarabağla bağlı konfranslarda oluram. Şahid olduğum bir problem məni çox narahat edir. Azərbaycanın xaricdə olan səfirləri və səfirlik işçilərinin çoxu rusdilli və rus düşüncəlidirlər. Onlar Azərbaycan dilində doğru dürüst danışa bilmirlər. Səfirliklədə işçilər öz aralarında rusca danışırlar və milli məfkurədən çox uzaqdırlar. Sizcə bunların Azərbaycanın Qarabağ dərdinə münasibəti necə olamlıdır? Xarici işlər nazirimiz özü də o qəbildəndir. Türkiyədəki səfirimiz də onun yaxın qohumudur.
Azərbaycanın Türkiyədəki səfiri Azərbaycan dilində rus kimi danışır, özü də nurçuların əhatəsindədir. Azərbaycanın xarici işlər naziriliyinə gün ərzində zəng vur, bir dənə adam tapa bilməzsən ki, sənə cavab versin. Onların nə Azərbaycan vecinədi, nə də Qarabağ. Bu nazirlikdə idarə müdürləri var ki, anası və ya xanımı ermənidir. Bunlar dayılarının əleyhinə işləyərlər?
Belə bir önəmli nazirlikdə işğalçı, qan düşmənimiz olan erməninin nümayəndələrimi vəzifə tutmalıdır? Önümüzdəki illərdə Həsən Zeynalov (Azərbaycanın İstanbuldakı sabiq konsulu) kimi milli bir adamın Türkiyədən uzaqlaşdırılmasının çox acı nəticələrinin şahidi olacağıq. İndi milli düşüncəyə sahib olan adamları önəmli vəzifələrdə görmək istəmirlər.
Bəli, Türkiyə bizim qardaşımızdır. Amma unutmayaq ki, erməni diasporasının ən güclü olduğu ölkələrdən biri də Türkiyədir. Yaxın tariximizdə Türkiyədə on minlərlə insanın “Hepimiz ermeniyiz” deyərək yürüdüyü, “erməni soyqrırımına” görə, aydınların ermənilərdən üzr istəmə kampaniyası başladığına da şahid olduq. Demək istəyirəm ki, Türkiyəmizdə daha çox çalışmağımız lazımdır. Ermənilər Türkiyə mətbuatında önəmli yerləri tutmaqdadırlar. “Aqos” kimi bir qəzetləri var ki, həm türk, həm də erməni dilində yayımlanır.
Türkiyədə hökumətlər hər zaman Azərbaycanın tərəfində olub. Amma unutmayaq ki, Türkiyə Osmanlının varisidir. Yüz illərdir o məmləkətdə yaşayan və türk düşmənliyi edən ciddi bir erməni toplumu var. Bu erməni toplumu çox güclü şəkildə daxili və xarici dəstəyə sahibdirlər. Dövlətin xarici siyasətindən sorumlu olan bir nazirliyin işçiləri daha çox milli düşüncəyə sahib olmalı deyillərmi? Azərbaycanın dövlət maraqları hər şeydən, xüsusilə də, qohumluq prinsipindən daha üstün olmalıdır. Bizim bu gün milli düşüncəyə sahib, Azərbaycan dilində danışan diplomatlarımıza daha çox ehtiyacımız var.