Yol qırğını davam edir: 5 ölü, 11 yaralıbackend

Yol qırğını davam edir: 5 ölü, 11 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftənin ilk günü ərzində Azərbaycanın müxtəlif yerlərində ağır yol qəzaları baş verib.

Fevralın 8-də respublika yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər dünyasını dəyişib, daha 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən qəzaların hamısı rayonlarda baş verib. İmişlidə ov edən ərəblərin olduğu \”Toyota\”nın kanala aşması nəticəsində 2 nəfər ölüb. Zaqatala, Balakən və Cəlilabadda baş vermiş qəzaların hər birində isə 1 nəfər ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.

İnterpress.az