Tərtərin icra başçısından daha bir qanunsuzluq-VİDEObackend

Tərtərin icra başçısından daha bir qanunsuzluq-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə isə rayonun səhiyyə sistemi barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova səhiyyə ocağına faktiki olaraq rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, G.Əhmədova icra başçısı M.Məmmədova yaxın adam olduğundan, hətta baş həkim Yaşar Hüseynov də ondan çəkinir. Məhz buna görə Hüseynov Əhmədovadan yol verdiyi nöqsanlara görə hesab sora bilmir. Mənbəmizin dediklərindən:

\”Kimsə pensiyaya çıxanda, yaxud əlillik veriləndə yeni qərara əsasən həmin şəxs altı ay bülletenə çıxarılmalıdır. Bundan sonra \”forma 88\” adlanan sənəd yazılır. Altı aylıq xəstəlik vərəqəsi isə yalnız işləyənlərə aiddir. Gülarə Əhmədova isə ucdantutma hamını altı ay saxlayır və onlar ambulator qeydiyyata alınırlar. Səbəb odur ki, kefi belə istəyir. Buna görə də xəstəxanada tez-tez davalar düşür\”.

Mənbə redaksiyamıza sözügedən xəstəxanada pasiyentlərlə G.Əhmədova arasında düşən bir davanın videosunu da göndərib. Görüntülərdə bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən \”süründürüldüyünü\” söyləyir. (ölkə.az)

İnterpress.azhttps://youtube.com/watch?v=NoTtecVBGzI