Türkiyədə Narıncı həyəcan: Rus qırıcılarını vurmaq əmri verildibackend

Türkiyədə Narıncı həyəcan: Rus qırıcılarını vurmaq əmri verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Rusiya təyyarəsinin Türkiyə sərhədini pozması Ankaranı belə addım atmağa vadar edib.
Hərbi Hava Qüvvələri Komandanlığından Amasya, Ankara, Balıkəsir, Diyarbəkir və Malatyada yerləşən əsas reaktiv bazalarına “Hər an hər şeyə hazırlıqlı olun” mesajı verilib. Türkiyənin belə qərarı “Narıncı həyəcan” kimi dəyərləndirilir. Diyarbəkirdə yerləşən 8-ci Əsas Təyyarə Bazasının pilotlarına sərhəd pozuntusunun olacağı təqdirdə əmr gözləmədən vurmaq səlahiyyəti verilib.
Qeyd edək ki, dünən baş verən insidentlə bağlı Diyarbəkir hərbi bazasına F-16 hərbi təyyarəsi göndərilib.

İnterpress.az