“Ev almaq üçün böyrəyimi satmaq istəyirəm” – Azərbaycanlı aktyorbackend

“Ev almaq üçün böyrəyimi satmaq istəyirəm” – Azərbaycanlı aktyor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytı musavat.com-a istinadən xəbər verir ki, bu barədə aktyor özü bildirib ki, deyib ki, ona şiddətli töhmət verilib:
“Teatrdan mənə şiddətli töhmət verdilər. Söz azadlığım olduğunu bilirəm, amma teatrdan məni cəzalandırdılar ki, niyə böyrəyimi satacağımı demişəm. Əvvəllər çəkilişlər olurdu, indi isə heç bir ekran işinə dəvət almıram”.

C. Məhərrəmov açıqlamasının reklam xarakterli olduğunu iddia edənlərə də cavab verib:

“Böyrəyimi satacağımı özümü reklam etmək üçün deməmişəm. Hazırda mənim ev problemim var. Evsizəm, kirayədə qalıram, imkanım yoxdur. Teatrın adına ləkə gətirəcək söz deməmişəm. Sadəcə, maaşım 174 manatdır, 190 manat isə kirayə pulu verirəm. Ev almaq üçün böyrəyimi satmaq istəyirəm. Əgər mənə maddi yardım olunsa, fikrimdən əl çəkəcəm. Hələ ki, böyrəyimi satmaq barədə harasa müraciət etməmişəm”.

İnterpress.az