5 rayonda qaz olmayacaqbackend

5 rayonda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsinin A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi zəruriyyəti ilə əlaqədar sabah saat 09:30-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci km qəsəbəsində, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi və Yeni Günəşli massivində, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, həmçinin saat 10:00-dan 18:00-dək Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

İnterpress.az