Ağcabədidə 10 gün əvvəl özünü yandıran müəllimə ölübbackend

Ağcabədidə 10 gün əvvəl özünü yandıran müəllimə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı fevralın 9-da müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə fevralın 1-də Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb. Qadının vəziyyətinin ağır olduğundan müalicə üçün Bakıya göndərildiyi bildirilir.

Z. Ələkbərova Ağcabədi rayonunda yerləşən 14 saylı orta məktəbin müəlliməsi olub.

İnterpress.az