Bakıda doğuş zamanı ölən ana “donuz qripi”nə yoluxub? – Rəsmi AÇIQLAMAbackend

Bakıda doğuş zamanı ölən ana “donuz qripi”nə yoluxub? – Rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amma Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva “Onun “donuz qripi” virusuna yoluxmadığı sübut olunub” deyən L.Rzaquliyeva qeyd edib ki, anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar.

“Ana doğuş zamanı ölməyib. Yəni bu problem hamiləlik və doğuşla bağlı olmayıb. Onda ağır ağciyər xəstəliyi müşahidə edilib və Aciyər Xəstəlikləri İnstitutunda baxılıb. Həkimlər neçə gündür əllərindən gələni edib ki, ana sağ qalsın. İndi onun analizləri göndərilib və hansı ağciyər xəsətliyi olduğu aşkarlanacaq. Məlumat olan kimi ictimaiyyətə informasiya veriləcək. Amma ana “donuz qripi”nə yoluxmayıb”.

Komissiya sədri bildirib ki, bu xəstəlik anada əvvəlcədən olmayıb.
“Xəstəlik əvvəlcədən olmayıb. Məgər hamilə qrip, sətəlcəm ola bilməz? Hamiləliyi də tez bitiriblər ki, uşağa nəsə olmasın. Uşaq da sağdır, vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, dünən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.(modern)

İnterpress.az