“Azəriqaz” ixtisara düşənləri işlə təmin etdibackend

“Azəriqaz” ixtisara düşənləri işlə təmin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdaşlar tərəfindən verilən məlumata görə, “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” proqrama qoşulanların bir qismi qurum tərəfindən ixtisasına uyğun işlə təmin olunub.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına faktı təsdiq edib. O qeyd edib ki, ixtisara düşən, amma səhhəti ilə bağlı bülletenə çıxan, işdən çıxmaq barədə ərizə yazmayanlara boş qalan yerlərə nəzarətçi, çilingər və ə. vəzifələrdə işlər təklif edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.

Bu məqsədlə işçilərə Əmək Məcəlləsinə uyğun rəsmi xəbərdarlıq məktublarının paylanılıb və 1000 nəfərdən çox işçi ixtisara düşüb.(modern)

İnterpress.az