Redaktoruna şeir yazan Gilə Bayramova: “Bu həyatımın səhvi idi”-VİDEObackend

Redaktoruna şeir yazan Gilə Bayramova: “Bu həyatımın səhvi idi”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü şairə adlandıran Gilə Bayramova saytlardan birinin redaktoruna şeir yazıb. Sosial şəbəkələrdə bu şeirə müxtəlif şərhlər yazılıb.
İnterpress.az-a açıqlama verən Gilə Bayramova deyir ki, şeirlərini planlı şəkildə yazır:
“Bir gündə 7-8 şeir yazıram. Əslində ulduz-filan olmaq fikirində də deyiləm. Şeir yazmaq mənim təbii ehtiyacımdır”.
Saytın redaktoruna yazdığı şeirə gəlincə, o, buna peşiman olduğunu bildirdi:
“Həyatda səhvsiz adam yoxdur. İnsan istəmədən də səhvə yol verir”.
6 aydır işsiz olduğunu deyən Gilə Bayramova əvəllər paltar dükanında satıcı işləyib. Elə “youtube” a yüklədiyi şeirlərinin çəkilişi də paltar dükanında baş tutub:
“Qəlbimi dindir, gözüm yoldadır” kitabının müəllifi olan müsahibimiz deyir ki, adıçəkilən kitabın hamısı satılıb qurtarıb:
“4 şeirlər kitabım çapa hazırdır, amma pulum yoxdur çıxartmağa. Bəlkə bir yerə yığsam 100 kitablıq şeirim var”.

İnterpress.az