“Qara Rəhilə”nin məhkəməsi bitdi: qadınlardan biri zalda həbs olundu, digəri isə azadlığa çıxdıbackend

“Qara Rəhilə”nin məhkəməsi bitdi: qadınlardan biri zalda həbs olundu, digəri isə azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, R.İsmayılova 4 il, M.Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, N.Şamilova 7 il müddətinə azadlıdan məhrum edilib. Təqsirləndirilən Natəvan Şamilova məhkəmə zalında həbs edilib. Həbsdə olan Mətanət Şamilova isə azadlığa buraxılıb. O, 2 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.

R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmi 3 ay azadlıqda qala bilib. R.İsmayılova “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.

“Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq), 234 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 180 (soyğunçuluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunurlar.

İnterpress.az