Meriya Bakının qaranlıq küçələrindən xəbərsizdir – AÇIQLAMAbackend

Meriya Bakının qaranlıq küçələrindən xəbərsizdir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəs rəsmi qurumlar nə deyir…

Bakının elektrik enerjisi ilə təminatına cavabdeh olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az saytına təmsil etdiyi qurum tərəfindən hər hansı problem oyaradılmadığını deyib:

“Biz elektrik enerjisini həmişəki qaydada veririk. Söhbət küçələrin işıqlandırılmasından gedirsə, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir. Yəni, bizim tərəfimizdən elektrik enerjisi verilişində heç bir problem yoxdur”.

Bu açıqlamadan sonra biz də məsələylə əlaqədar birbaşa aidiyyatı olan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əlaqə nömrəsinə zəng edirik. Nailə Məmmədova həmişəki ampluasına uyğun olaraq, telefon cavab vermək təşəbbüsündə bulunmur.

Bu dəfə icra başçısı Hacıbala Abutalıbovun şəxsi nömrəsinə israrlı mesajlardan sonra zəng edirik. Telefona köməkçisi cavab verir. Məsələni qeyd etdikdən sonra qarşı tərəfin cavabı belə olur:

“Bakının heç bir küçə və prospektində işıqlar söndürülmür. Onu kim deyirsə, yalan ittihamlar səsləndirir”.

Özünü təqdim etməyən köməkçiyə ünvanladığımız “Siz Bakıda yaşamırsınızmı” sualına “Əlbəttə, Bakıdayam, yoxsa sizinlə necə danışaram”cavabını alırıq.

Və əlavə edir: “Əgər siz belə bir problemlə qarşılaşmısınızsa, rəsmi müraciət edin, araşdıraq. Amma indiyədək Bakı Şəhər İcra Hakimiyyətinə gecə vaxtı küçələrdə işıqların söndürülməsilə bağlı şikayət daxil olmayıb”.

İnterpress.az