DAK-da növbəti toplantıbackend

DAK-da növbəti toplantı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Ukrayna, Türkiyə və Avropadan olan idarə heyətinin üzvləri toplantıya paltalk və skype vasitəsi ilə qatılıblar. İclasda 2016-cı il üçün həyata keçiriləcək tədbirlər planı haqqında müzakirələr aparılıb və bununla bağlı işçi qrupu yaradılıb.
DAK Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, İdarə Heyətinin növbəti toplantısında tədbirlər planının təsdiq edilməsi qərara alınıb. Müzakirələrdə DAK-ın fəaliyyətinin yaxşılaşdırılması, diaspor təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib. İdarə Heyətinin üzvləri gündəlik məsələlər ətrafında, DAK həmsədirləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya isə İran – Amerika münasibətləri və son durumla bağlı çıxış ediblər.
KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, DAK-ın təşkilatçılığı ilə “İranda son durum və Azərbaycan Milli hərəkatı” mövzusunda 12 fevral 2016-cı il tarixində saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində Konfrans keçiriləcək.

İnterpress.az